Hadisə
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərin keçirilməsində məqsəd əhaliyə çimərliklərdə təhlükəsizilik qaydaları barədə müvafiq biliklərin aşılanması olub.
Belə ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı, Sumqayıt, Cənub və Şimal Regional mərkəzləri tərəfindən müvafiq olaraq Bakı şəhəri və Abşeron yarımadası, Sumqayıt şəhəri, Astara və Xaçmaz rayonları ərazisində yerləşən çimərliklərdə sularda təhlükəsizlik qaydalarına dair silsilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək bu qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena qaydalarına əməl olunması, uşaqların nəzarətsiz qoyulmaması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün görülməli olan zəruri tədbirlər barədə tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı

























.jpg)

.jpg)















.jpg)