Hadisə
FHN-dən XƏBƏRDARLIQ: İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.
FHN-dən Publika.az-a verilən məlumata görə, bu havada dənizə girmək təhlükəkilidir.
"Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar", - FHN-in müraciətində bildirilib.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir:
"Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur".
Hava xəbərdarlığıFövqəladə Hallar Nazirliyi (FHN)ÇimərlikMilli Hidrometeorologiya Xidməti
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR


















.jpg)

.jpg)














.jpg)