Hadisə
Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
Bakı çimərliklərində, xüsusilə də Bilgəh çimərliyində manyak peyda olub. Təxminən 35–40 yaşlarında olduğu bildirilən bu şəxsin fotosu da yayılıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs çimərliklərdə azyaşlı qızlara və qadınlara qarşı qeyri-etik davranışlar nümayiş etdirir. Müxtəlif bəhanələrlə (məsələn, saatı soruşmaq və s.) azyaşlı qızlara yaxınlaşdığı, daha sonra isə valideynlərlə münaqişəyə girdiyi, kobud davranışlar sərgilədiyi və ərazidə narahatlıq yaratdığı bildirilir.
İstirahət edən vətəndaşlar və valideynlər övladlarının, eləcə də özlərinin təhlükəsizliyindən ciddi narahat olduqlarını bildirirlər. Bu səbəbdən məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (DİN) rəsmi müraciət edildiyi qeyd olunur.
Valideynlər həmin şəxsin qısa müddətdə müəyyən edilərək saxlanılmasını, əməllərinə hüquqi qiymət verilməsini və barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinin tətbiq olunmasını tələb edirlər.

-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR

















.jpg)

.jpg)














.jpg)