Texnologiya dərsində yemək hazırlayan 16 şagird zəhərəndi
Bizi izləyin

Hadisə

Texnologiya dərsində yemək hazırlayan 16 şagird zəhərəndi

Texnologiya dərsində yemək hazırlayan 16 şagird zəhərəndi

Beyləqan rayonunun Eyvazalılar kənd tam orta məktəbində şagirdlərin zəhərlənməsi faktı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətinə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Agentliyin ilkin araşdırmasına əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsində özlərinin hazırladıqları qidanı istehlak etməsindən sonra baş verib.

Şagirdlərə müvafiq tibb müəssisəsində tibbi yardım göstərilir. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Qafqazinfo-nun məlumata görə 16 şagird zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm