Hadisə
Bakıda iki nəfərin öldüyü qəza - ANBAAN VİDEO
Oktyabrın 14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Publika.az xəbər verir ki, ilkin məlumata görə yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır.("Unikal")
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi









.jpg)





























