Hadisə
Tanışını güllələyib meyitini dərəyə atan şəxsə hökm oxundu
Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az APA-ya istinadla xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elşən Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Lerik rayonunda baş verib.
Elşən Ağayev avtomobildə Şahin Şərifovun baş nahiyəsinə odlu silahdan atəş açıb, daha sonra onun meyitini dərəyə atıb.
Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Qeyd edək ki, hərbi qulluqçu olan Elşən Ağayev Vətən müharibəsinin iştirakçısı olub, bir sıra medallarla təltif olunub.
Ona Cinayət Məcəlləsinin 120.1, 177.2.2, 177.2.4, 228.2.2, 232.2.2, 232.2.3 və 245-ci maddələri ilə ittiham irəli sürülüb.
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı











.jpg)



























