Hadisə
Şəkidəki intiharın TƏFƏRRÜATI: ərinin xəyanətini gördü, sirkə içdi (YENİLƏNİB)
Şəkidə üç uşaq anası sirkə turşusu içərək intihar edib.
Yerli hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 8-də rayonun Böyük Dəhnə kənd sakini, üç uşaq anası, 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içib.
G. Hacıyeva ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, iyulun 9-da xəstəxanada ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Kənd sakini Siyavuş Məmmədəliyevin ANS PRESS-ə verdiyi məlumata
görə, hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, intihar edən
G.Hacıyeva uzun müddətdir Rusiya Federasiyasında yaşayan həyat
yoldaşı ilə skayp vasitəsilə danışarkən kamerada ərinin Moskvadakı
həyat yoldaşını, onun uşaqlarını və öz böyük oğlunu görüb.
Bundan qəzəblənən xanım sirkə tutşusu içib və canına qəsd
edib.
Qeyd edək ki, özünü öldürən xanım Böyük Dəhnə kəndindəki uşaq bağçasında texniki işçi olub.
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları