FHN 3 nəfəri xilas etdi
Bizi izləyin

Hadisə

FHN 3 nəfəri xilas etdi

Azərbaycanda 3 nəfər suda batmaqdan xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Digər iki nəfər isə Mingəçevir şəhərində xilas edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm