Hadisə
Oğuzda at 10 yaşlı oğlana hücum etdi - VİDEO
Oğuzda heyvan bazarında bədbəxt hadisə baş verib.
ANS TV-nin məlumatına görə, Oğuz rayonu Tərkeş kənd sakini, 10
yaşlı Qismət Əzizzadə atası ilə birgə bazarda at almaq istəyərkən
atın hücumuna məruz qalıb.
Uşağın atası İntiqam Əzizzadənin dediyinə görə, qəfildən kəndiri
qıran at uşağı sol çiynindən dişləyib və təpikləyib:
“Uşağı atın ağzından aldım. Daha sonra at arxaya çevrilib sol
tərəfdən təpiklə uşağı vurdu. Bir az saxladım, gördüm ki, uşağın
rəngi sapsarı saralıb. Təcilli olaraq Oğuz xəstəxanasına
çatdırdıq”.
Daha sonra uşağın vəziyyəti ağır olduğundan o, Şəki
xəstəxanasına göndərilib.
“Xəstəxanaya daxil olan xəstə əməliyyata götürülüb. Əməliyyat
zamanı məlum oldu ki, uşağın dalağı partlayıb. Təcilli olaraq
dalağın xaric edilməsi prosesinə başlanılıb”, - deyə həkim Zahid
İsmayılov bildirib.
Hazırda xəstəxananın reanimasiya şöbəsində olan Qismət
Əzizzadənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Uşağa hucum edib qaçan atın isə quduz olub-olmaması araşdırılır.
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO