Hadisə
Orta məktəb müəllimi qadını ağacla döydü - FOTOLAR
Bərdə rayonunda orta məktəb müəllimi 23 yaşlı qadını ağacla döyərək xəsarət yetirib. "Report"un xəbərinə görə ki, hadisə rayonun Cumalar kəndində baş verib.
Belə ki, kənd sakini Gülanə Muradova ilə həmkəndlisi, orta məktəb müəlimi Afət Orucova arasında mübahisə yaranıb. Mübahisə zamanı Afət Orucova gənc qadının başına ağacla zərbələr endirib.
Gülanə Muradova başından aldığı zərbələrdən huşunu itirib və qonşularının köməyilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Aldığı zərbədən iflic vəziyyətinə düşən zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
İlkin məlumatlara görə hadisə pul borcu üstündə baş verib. Belə ki, Gülanə Muradova qonşusu Afət Orucəli qızına 30 manat, Afətin isə Gülanəyə 3000 manat borcu olub. Afət Gülanədən 30 manatını istəyib. Borcunu qaytarmağa aparan gənc qadın öz növbəsində 3000 manat pulunu istəyib. Nəticədə yaranan mübahisə sonradan davaya çevrilib.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO