Hadisə
Bakıda qətl törədənlər İrana keçərkən tutuldu
Bakıda kafedə qətl törədən şəxslər Azərbaycandan qaçmaq istəyərkən tutulub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
Publika.az-a verilən məlumata görə, sentyabrın
20-də Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti
sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində
pozmağa cəhd göstərən iki və onlara vasitəçilik edən bir Azərbaycan
vətəndaşı saxlanılıb.
Müəyyən olunub ki, Əliyev Rövşən Natiq oğlu sentyabrın 18-də
Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl
hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçan, əvvəllər
məhkum olunmuş Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin
Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədi ilə
idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə
apararaq köməklik edib.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində
Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu
və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə
saxlanılıblar.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi