
Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub.
Bu barədə Publika.az-a Yevlax Şəhər İcra
Hakimiyyətinin nümayəndəsi Azər Əhmədov məlumat verib.
Hadisə rayonun Salahlı kəndində məcburi köçkünlərin yaşadığı peşə
məktəbinin binasında baş verib. Məktəb binasında məskunlaşan
Səbahət Abdulrəhmanov və Xəqani Cəfərovun yaşadığı mənzilin divarı
uçub. Uçquna yağışlı hava səbəb olub.
A.Əhmədov bildirib ki, binada 14 ailə yaşasa da, yalnız 2 ailəyə
ziyan dəyib:
“Kəlbəcər rayon icra başçısı ilə danışılıb, bina da tapılıb. Yəqin
ki, zərərçəkən 2 ailə yaxın günlərdə yeni mənzilə köçürüləcək”.
Qeyd edək ki, evləri uçan köçkünlər Kəlbəcər rayon
sakinləridir.
Rübabə