Xəzərdə balıqçılar itkin düşdü - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Xəzərdə balıqçılar itkin düşdü - YENİLƏNİB

Xəzər dənizində balıqçı qayığı batıb.

"Report"un məlumatına görə, hadisə Xaçmaz rayonunun Niyazabad kəndinə yaxın ərazidə baş verib.

İlkin məlumatlara görə, havanın küləkli olması səbəbi ilə batan qayıqda 3 nəfər balıqçı olub. Hələlik balıqçıların kimliyi məlum deyil və onların axtarışları davam edir.

Xəzər dənizində itkin düşən balıqçıların adları açıqlanıb. Bunlar Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm