Çayda batmış uşağın meyiti tapıldı - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Çayda batmış uşağın meyiti tapıldı - YENİLƏNİB

Qaxda çayda batmış azyaşlı uşağın axtarışı yekunlaşıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, 2013-cü il təvəllüdlü Əsgərzadə Ayşən Natiq qızının meyiti vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Qax rayonunda bir yaşlı körpə çaya düşüb.

"Report" xəbər verir ki, hadisə rayonun Tanqıt kəndində baş verib.

Kənd sakini 2014-cü il təvəllüdlü Ayşə Natiq qızı Əsgərova həyətlərinin yanından keçən Axmaz çayına düşüb. Dünən axşam saatlarında çaya düşən körpənin axtarışlarını Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin xüsusi riskli xilasediciləri aparır. İndiyə qədər körpənin axtarışları davam edir, amma hələ də bir nəticə üzə çıxmayıb.

Hadisə baş verən vaxt uşaq nənəsinin yanında olub və ehtiyatsızlıq nəticəsində çaya düşüb.
Qeyd edək ki, Axmaz çayı Əyriçaya axdığından axtarışlar çətinləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm