Masallıda 3 otaqlı ev yanıb
Bizi izləyin

Hadisə

Masallıda 3 otaqlı ev yanıb

Masallıda 3 otaqlı ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Masallı rayonu, Qəzvinoba kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm