5-ci mərtəbədən yıxıldı
Bizi izləyin

Hadisə

5-ci mərtəbədən yıxıldı

Axşam saatlarında paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində bədbəxt hadisə baş verib. 35 yaşlı Cəlilabad rayon sakini Nəsirov Zaur Əli oğlu 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. Bacısının bildirdiyinə görə, o anten düzəldərkən ani diqqətsizlik səbəbindən yıxılıb.

Yaralı dərhal 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxananın qəbul şöbəsindən bildirdilər ki, sol bud və daban sümüyünün sınığı diaqnozu ilə gətirilən Zaur Nəsirov reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı ərazi üzrə polis idarəsində araşdırma aparılır.(anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm