Hadisə
10 manat borca görə qan töküldü - VİDEO
Balakəndə 44 yaşlı kişi həmyerlisi tərəfindən bıçaqlanıb.
Kanal S (Region TV) xəbər verir ki, hadisə Balakən şəhəri H. Əliyev prospektindəki mağazalardan birinin qarşısında baş verib. Gərəkli kənd sakini, 1971-ci il təvəllüdlü İlqar Kamil oğlu Hudulov kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğlu tərəfindən bıçaqlanıb. Bir neçə yerindən bıçaq xəsarəti alan zərərçəkən Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Yaxınlarının dediyinə görə, İlqar Hudulovun kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğluna 10 manat borcu olub. Hadisə baş verən zaman İlqar Hudulov borcunu qaytarmaq üçün onun işlədiyi mağazaya gedibmiş. Ancaq onlar arasında yaranan anlaşılmazlıq məlum hadisənin baş verməsinə səbəb olub.
Hadisəni törədən şəxs polis şöbəsinə gələrək könüllü istintaqa təslim olub. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?