Hadisə
Taleh Bağırovun işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində
Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı saxlanılan Taleh Bağırov və digər 13 nəfər barədə başlanmış cinayət işinin istintaqını aparan qurum məlum olub.
Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat verilib. Məlumatda bildirilir ki, 14 nəfər barədə cinayət işi Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Hazırda həmin idarədə istintaq davam edir.
Məlumata görə, hələlik saxlanılan şəxslər vəkillə təmin edilməyib. Buna görə də həmin şəxslərin harada saxlanılması barədə məlumat yoxdur.
Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf