Tovuzda qardaş bacısını öldürüb qəbiristanlıqda basdırdı - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Tovuzda qardaş bacısını öldürüb qəbiristanlıqda basdırdı - FOTO (YENİLƏNİB)

Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları Z. Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z. Məhərrəmova sonuncu dəfə evdə qardaşı 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

***

Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.

Trend-ə daxil olan məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayonu Polis Şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbirstanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm