• USD 1,7000 0,00% EUR 1,8427 0,00%
    • GBP 2,1034 0,00% RUB 0,0220 0,00%

Bakıda kafedə kütləvi dava: 3 polis yaralandı

  • Hadisə
  • 2 Fevral 2016 11:30
  • 1 147 Baxış
Bakıda kafedə kütləvi dava: 3 polis yaralandı

Fevralın 1-dən 2-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən “Emin” kafesində qanlı dava olub.

Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.

Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Buna baxmayaraq, polis hücum edənləri yaxalamağa müvəffəq olub. Onlar Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR