Mikroavtobusla yük maşını toqquşdu: yaralılar var
Bizi izləyin

Hadisə

Mikroavtobusla yük maşını toqquşdu: yaralılar var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yevlax-Bərdə magistiral avtomobil yolunun Yevlaxın Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb. "QAZel" markalı mikroavtobusla "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə mikroavtobusda olan 5 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətrafda olan insanların köməkliyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm