FHN beş nəfəri xilas etdi
Bizi izləyin

Hadisə

FHN beş nəfəri xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühavizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 19:26-də başa çatıb.

Bakı şəhəri, Binəqədi rayonunda da 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib, vətəndaşların liftdən çıxmasına şərait yaradılıb. Əməliyyat saat 20:28-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm