Yol kənarında yeni doğulmuş uşaq tapıldı
Bizi izləyin

Hadisə

Yol kənarında yeni doğulmuş uşaq tapıldı

Sabirabad rayonunda sahibsiz çantada yeni doğulmuş uşaq tapılıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki "Padarçöl" adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb və fevralın 4-də onu Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm