7 nəfər prokurorluq orqanlarından xaric edilib
Bizi izləyin

Hadisə

7 nəfər prokurorluq orqanlarından xaric edilib

2015-ci il ərzində prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında məlumat verilib.

İclasda bildirilib ki, ötən il ərzində 7 nəfər prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm