Hadisə
Azərbaycana saxta viza ilə keçmək istəyən əcnəbilər tutuldu
Azərbaycana saxta sənədlə keçmək istəyən şəxslər yaxalanıb.
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.
DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə Respublikası vizası və üzərlərində yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunaraq saxlanılıblar.
Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə Azərbaycana gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Respublikasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.
Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıblar.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq