Erməni təxribatının qarşısı alındı, düşmən çoxlu itki verdi
Bizi izləyin

Hadisə

Erməni təxribatının qarşısı alındı, düşmən çoxlu itki verdi

Cəbhədə düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, fevralın 12-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm