Azərbaycanlı 13 il əvvəl törətdiyi qətlə görə öldürüldü
Bizi izləyin

Hadisə

Azərbaycanlı 13 il əvvəl törətdiyi qətlə görə öldürüldü

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunda 2 ay əvvəl həbsxanadan çıxmış Azərbaycan vətəndaşı güllələnib.

Publika.az “Peterburqskaya qazeta”ya istinadən xəbər verir ki, 53 yaşlı Yusif Gebeyevin güllələnməsi onun daha əvvəllər törətmiş cinayəti ilə bağlıdır.

Hadisə fevralın 12-də gecə saatlarında Podvoyski küçəsində baş verib. Ağ rəngli “Renault Duster” markalı avtomobildə olan naməlum cinayətkarlar Yusif Gebeyevin yanından keçərkən ona atəş açıblar. Nəticədə, zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Müstəntiqlər Yusif Gebeyevin sənədlərinə baxan zaman onun 12 dekabr 2015-ci ili Lipetskdəki ciddi rejimli koloniyadan azad olunduğu barədə məlumatı aşkar ediblər. Cəzaçəkmə müəssisəsinə verilmiş sorğudan sonra aydın olub ki, Gebeyev 33 yaşlı azərbaycanlı avtoritet Şamil Məmmədovu qətlə yetirdiyi üçün azadlıqdan məhrum edilib. Cinayət Rusiya paytaxtında 2003-cü ildə törədilmişdi.

Məlumata görə, Yusif Gebeyev Şamil Məmmədovla Moskvada pərakəndə satışa nəzarət və ərazi bölgüsü ilə bağlı danışıqlar aparırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm