450 tutuquşunu Azərbaycana gətirmək istədi... - FOTOLAR
Bizi izləyin

Hadisə

450 tutuquşunu Azərbaycana gətirmək istədi... - FOTOLAR

Fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyasına 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a bildirilib ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi, Rusiya ərazisində deyil, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub.

Həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan Respublikası vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiya Federasiyasından Azərbaycana gətirmək istəyərkən “Samur” gömrük postunda saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm