
Bakıda bir neçə gün öncə oğurluqda şübhəli bilinərək
saxlanılan şəxs polis idarəsində özünü öldürmək
istəyib.
Səlim Qədimov tanışı Tərlan Babayevlə birlikdə fevralın 4-də
Sabunçu rayonu ərazisində yerləşən və Rza Əhmədova məxsus olan
qarajdan oğurluq etməkdə şübhəli bilinərək, 15-ci Polis Bölməsi
əməkdaşları tərəfindən saxlanılıblar.
Səlim Qədimov Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma
Yerinin sanitar qovşağında intihara cəhd edib.
İdarənin tualetindən istifadə etmək istədiyini deyən S.Qədimov
orada divara vurulan kafeli sındırıb. O, kafel parçası ilə sol
qolunun damarlarını və boğazını kəsib.
S.Qədimov yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. (virtualaz.org)