Bakıda dəhşətli avtobus qəzası: 1 ölü, 13 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli avtobus qəzası: 1 ölü, 13 yaralı (YENİLƏNİB)

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a açıqlamasında bildirib ki, yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

“İlkin məlumatda 10 nəfər xəstəxanaya aparılmaq üçün qeydiyyatdan keçib. Daha sonra isə 2-3 nəfər də götürülüb. Hazırda briqadalarımız hadisə yerində işlərini bitiriblər, xəstələrə ilkin yardım göstərilib və xəstəxanaya yerləşdirilir. Sərnişinlər əsasən döş qəfəsi ətrafı, kəllə-beyin travması alıblar”.

R.Nağıyev bildirib ki, hadisə nəticəsində sərnişin 1966-cı il təvəllüdlü Asif Yusif oğlu Nəsirov ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəza nəticəsində 13 nəfər 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Onların 2-si travmatologiya, 2-si reanimasiya şöbəsinə yerləşdirilib. Digərlərinə isə tibbi yardım göstərilir.

Gülxar

***

Bakıda sərnişin avtobusu qəzaya düşüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm