Suriyada 100 qruplaşma atəşkəsə qoşuldu
Bizi izləyin

Hadisə

Suriyada 100 qruplaşma atəşkəsə qoşuldu

Azad Suriya Ordusuna cəlb olunan təxminən 100 qruplaşma Suriya əldə olunan atəşkəsi qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsindən bildirilib.

Suriya müxalifəti atəşkəsə iki həftə ərzində qoşulmaq niyyətindədir. Atəşkəsə qoşulan qruplaşmaların dəqiq adları açıqlanmır.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, rəsmi Dəməşq və Suriya müxalifətinin çoxsaylı qruplaşmaları Suriyada atəşkəs rejiminə dəstəyini bildiriblər.

Qeyd edək ki, Suriyada atəşkəsin tətbiq edilməsi ilə bağlı ABŞ və Rusiya arasında fevralın 22-də razılaşma əldə olunub. Atəşkəs rejimi fevralın 27-dən başlanır. İŞİD və “Ən-Nüsra” Cəbhəsi atəşkəs razılaşmasına daxil edilməyib. Onlara qarşı əməliyatların davam edəcəyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm