Hadisə
Şamaxı yolu çökdü
Yevlax magistral avtomobil yolunun
Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi
ərazisindən keçən hissəsində torpaq sürüşməsi qeydə
alınıb.
APA-nın xəbərinə görə, torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrnin gediş-gəlişi çətinləşib. Yolda sürüşmə ərazisinin uzunluğu təxminən 40-45 sm, çatların dərinliyi isə 30-40, hətta bəzi yerlərdə 60 sm-ə çatır.
Torpaq sürüşmələrinin daha çox qeydə
alındığı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından
keçən hissəsindən yük avtomobillərin hərəkəti qadağan olunsa da son
vaxtlar buna əməl olunmur. Ağsu aşırımında indiyədək 10-a yaxın
yerdə sürüşmə zonası qeydə alınıb. Hazırda dolaylarda iri və xırda
çatlar mövcuddur və mütəmadi olaraq yolda bərpa işləri görüldüyü
üçün avtomobillərin hərəkəti təmin edilir. Ağsu aşırımında yalnız
minik avtomobilləri üçün hərəkətə icazə verilsə də yük
avtomobilləri də bu yoldan mütəmadi olaraq istifadə edirlər. Hər il
qış aylarında yağıntılardan sonra bu yolda sürüşmə aktivliyi hiss
olunur. Şamaxının Şərədil kəndi ərazisindən keçən yoldakı sürüşmə
zonası Ağsu aşırımının başlanğıcı hesab olunur. Bu ərazidə ilk
dəfədir ki, sürüşmə baş verib. Kəndin yaşlı sakinləri deyir ki, bu
ərazidə torpaq sürüşməsinin ilk dəfə şahidi olurlar. Ərazidə heç
vaxt belə hal qeyd alınmayıb.
Azəryolservis ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki,
yaxın günlərdə sözügedən ərazidə bərpa işlərinə
başlanılacaq:
"Həmin yolun bir hərəkət zolağı dağıldığı üçün əraziyə qırmızı lent çəkilib ki, avtomobillər həmin yerdən keçməsinlər. Nisbətən az çöküntü olan digər hərəkət zolağından isə yük avtomobillərinin hərəkətinə icazə verilmir, minik avtomobilləri isə aşağı sürətlə oradan keçib gedirlər. Hal-hazırda ərazi ciddi nəzarət altındadır. Həmin yerdə indiyədək heç bir sürüşmə qeydə alınmayıb. Hətta yeni yol çəkilərkən həmin ərazi sürüşmə zonası kimi qeydə alınmayıb. Ona yaxın ərazilərdə sürüşmə aktivliyi olan yerlər var idi və yolun yenidən qurulması zamanı sürüşmənin qarşısının alınması üçün qabaqlayıcı tədbir görülmüşdü. Amma indi çökən ərazi aktiv sürüşmə yeri kimi qeydə alınmayıb və ilk dəfədir ki, sürüşmə baş verib. Gələn həftə yolun bərpası üçün işlərə başlanılacaq və qabaqlayıcı tədbirlər görüləcək".
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı