Hadisə
Arvadının ayrılığına dözmədi, özünü yandırdı
Göygöl rayon sakini intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Cavanşir Valeh oğlu Aşırəliyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan 37 yaşlı kişi dərhal xəstəxanaya çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Onun özünü yandırmasına səbəb həyat yoldaşının ata evinə qayıtması olub. Cavanşir Aşırəliyev tüfeyli həyat tərzi keçirir və tez-tez ailəsi ilə mübahisə edirmiş. Bu səbəbdən onun həyat yoldaşı uşaqlarını da götürüb atası evinə qayıdıb. Cavanşir isə həyat yoldaşı qayıtmasa, özünü yandıracağını bildirib. Səylərinin nəticəsiz qaldığını gördükdə isə özünə od vurub.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 13 Mart 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial13 Mart 17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi












.png)

























