Bakı metrosunda problem
Bizi izləyin

Hadisə

Bakı metrosunda problem

Bu gün səhər Bakı Metropolitenində texniki problem yaranıb.

Publika.az xəbər verir ki, saat 09:00-da “Həzi Aslanov” metrostansiyasından xəttə buraxılan yeni qatarın hərəkətində problem yaranıb.

Bu səbəbdən də qatar bir neçə dəqiqə “Ulduz” stansiyasına qalıb. Qatarın maşinisti sərnişinlərin narahatlığını aradan qaldırmaq üçün bunu texniki problem olduğunu bildirib. Qatar bir neçə dəqiqəlik fasilədən sonra hərəkətə başlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında metropolitendəki problemin “28 May” stansiyaslndan “Həzi Aslanov”a gedən qatarda yaranmış texniki nasazlıqla bağlı olduğunu, bunun son nəticədə digər qatarların hərəkətinə təsir etdiyini bildirib: “28 May” metrostansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranmışdı. Bu isə digər qatarların da hərəkətinə problem yaratdı. Buna görə də qatarlar tuneldə yox, stansiyalarlda dayandı. Həmin səbəbdən 7 dəqiqə gecikmələr oldu. Qısa müddət sonra bu problem aradan qaldırldı və hərəkət bərpa edildi”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm