Rusiya gəmisindəki yanğın barədə açıqlama - 1 nəfər itkin düşüb - VİDEO
Bizi izləyin

Hadisə

Rusiya gəmisindəki yanğın barədə açıqlama - 1 nəfər itkin düşüb - VİDEO

Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin” QSC Xəzərdə Rusiya gəmisində baş verən yanğın barədə məlumat yayıb.

Publika.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, bu gün saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “PALFLOT-2“ tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsi baş verib.

Bu barədə Dövlət Dəniz Adminstrasiyasının Milli Mərkəzinə “SOS” siqnalı daxil olub. Təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.

Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm