Hadisə
Özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edən şəxs tutuldu
Qazaxda özünü Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Aparatının əməkdaşı kimi təqdim edən şəxs tutulub.
"Report"un məlumatına görə, rayon sakinlərinə özünü Ombusdman Aparatının əməkdaşı kimi təqdim edən 55 yaşlı Şahməddin Həsənov müxtəlif mağazalara gedərək dələduzluq edib.
Ş.Həsənovun sonuncu qurbanı Qazax rayon sakini Fariz Namazov olub.
Zərərçəkən Qazax Rayon Polis Şöbəsinə müraciət edərək 68 manat məbləğində ərzaq mallarının, 200 manat nağd pulunun mənimsədiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta vəsiqə ilə insanları aldadan Şahməddin Həsənov Ağstafa rayon Poylu qəsəbəsində saxlanılıb.
Araşdırmalar zamanı onun Şirvan şəhərində qeydiyyatda olduğu məlum olub.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ