Hadisə
Oğurluq edən ata, oğlu və qardaşıoğlu saxlanıldı - FOTO
Samuxda fəhlə əvvəllər çalışdığı şirkətdən oğurluq edib.
Kəpəz TV (Region TV) xəbər verir ki, Daşkəsən sakini olan Cəbaryıl Qasımov oğlu və qardaşı oğlu ilə birlikdə oğurladıqları inşaat materiallarını yaşadıqları rayonda gizlədiblər. Onlar ümumilikdə şirkətə küllü miqdarda ziyan vurublar.
Belə ki, onlar mayın 4-dən 5-ə keçən gecə Samux rayonunun Qırmızı Samux qəsəbəsində şirkətlərin birindən ümumi dəyəri 4 min manatdan çox olan inşaat materialları oğurlayıblar.
Şirkətin rəsmisi Ruhlan Abutalıbovun sözlərinə görə, səhər saatlarında suvarma üçün vacib olan mis kabellər, rezin borular və digər qiymətli əşyaların oğurlandığını müəyyən edib.
Samux rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən sakini 53 yaşlı Cəbaryıl Qasımov saxlanılıb. Onun oğurladıqları daimi yaşadığı Daşkəsən rayonunun Güllübulaq kəndi ərazisində maddi subut kimi aşkarlanaraq götürülüb.
Saxlanılan Cəbaryıl Qasımov əməlini səmimi etiraf edib. O inşat materiallarını şəxsi təsərrüfatında istifadə etmək üçün götürdüyünü deyib. Əməlinə görə başının dərdə düşəcəyini isə heç ağlına belə gətirməyib.
Cəbrayıl Qasımov deyib ki, kabeli və rezin borunu evdə istifadə etmək üçün götürüb, satış məqsədi olmayıb.
Polis eləcə də əldə etdiyi qiymətli əşyaları gizlətməkdə Cəbrayıl Qasımova yardımçı olan oğlu 32 yaşlı Xaliq və 23 yaşlı qardaşı oğlu Azəri də saxlayıb. Hazırda onların digər cinayətlərdə iştirakı araşdırılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR