Hadisə
Qubada sel körpünü dağıtdı
Qubada sel suları körpünü dağıtdı.
ANS-in məlumatına görə, dağ çayı olan Ağçaya gələn sel Tülər kəndi ərazisində yenidən problemə səbəb olub. Hər il yaz-yay aylarnda daşan çay əhali üçün çətinlik yaradıb.
Son günlər müşahidə edilən intensiv yağışlar nəticəsində sel kənd ərazisində körpünün bir hissəsini aparıb. Yerli sakinlər də köhnə körpüdən istifadənin təhlükəli olduğunu deyirlər.
Kənd sakini Abdulla Müslümovun sözlərinə görə, bu körpü 1200 əhalisi olan Tülər kəndinin rayon mərkəzi, müvafiq qurumlar, xəstəxana ilə əlaqəsini təmin edir.
Sakinlərin sözlərinə görə, hər dəfə seldən sonra körpü müvəqqəti düzəldilsə də sel gələn kimi acınacaqlı vəziyyət yenidən təkrarlanır.
Artıq əraziyə körpünü müvəqqəti bərpa etmək üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən texnika da göndərilib. Qəzadan sonra əraziyə gələn rəsmilər bu il ərzində körpü və yol probleminin həll ediləcəyinə növbəti dəfə vəd verməklə kifayətləniblər.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı