Hadisə
Sərnişinin öldüyünü görüb hadisə yerindən qaçdılar - GƏNCƏDƏ
Gəncədə ölümlə nəticələnən ağır qəza baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə mayın 3-də saat 6 radələrində şəhərin Totanlı küçəsində baş verib.
“VAZ- 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı divara çırpılıb. Nəticədə, avtomobildə olan sərnişinlərdən biri, 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Məhəmməd Seyidəli oğlu Əzizov aldığı xəsarət nəticəsində hadisə yerindəcə ölüb. Sürücüsünün şəxsiyyəti hələ ki, müəyyənləşməyən avtomobildə daha üç sərnişin də olub. Qəza baş verdikdən sonra sürücü və avtomobildə olan digər sərnişinlər hadisə yerindən qaçıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sami Süleymanlı
-
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır
-
İdman06:46Flik onun “Barselona”da qalmasını istəyir, amma…
-
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
-
Hadisə03:43“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO
-
Magazin202:12Bu da Ancelina Colinin qızı - FOTO
-
ABŞ01:41ABŞ Ay yarışında Çinə uduza bilər
-
Region00:45ABŞ hərbçiləri Ərəb dənizində şübhəli bilinən gəmiyə belə endilər - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Maliyyədə gizli imkanlar üzə çıxa bilər
































.png)




