Sağlamlıq
Kim yüz il yaşamaq istəyirsə... - Bundan hər gün yarım fincan yesin
Dünyanın ən uzunömürlü insanlarının rasionundakı ortaq məhsulun nə olduğu bəlli olub.
Publika.az xəbər verir ki, uzunömürlülük üzrə tanınmış ekspert Den Büttner "Daily Mirror" qəzetinə müsahibəsində "mavi zonalar"da (insanların ən çox yaşadığı bölgələr) yaşayan sakinlərin qidalanma vərdişlərini açıqlayıb.
Ekspertin sözlərinə görə, uzun və sağlam ömrün təməlində sadə və təbii qidalar dayanır. Büttner bildirib ki, 100 ildən çox yaşayan insanların əsas sirri lobya və digər paxlalı bitkilərdir.
"Ən uzun yaşayan insanlar digərləri ilə müqayisədə ən azı dörd dəfə çox paxlalı bitkilər istehlak edirlər", - deyə mütəxəssis qeyd edib.
Ekspert vurğulayır ki, lobyanın tərkibi zülal, lif və mürəkkəb karbohidratlarla zəngindir. Bu maddələr bədəndə enerji balansını sabit saxlayır və orqanizmi cavan tutur.
Den Büttner ömrü uzatmaq istəyənlərə hər gün rasionuna ən azı yarım fincan lobya və ya digər paxlalı bitkilər (noxud, mərcimək və s.) daxil etməyi tövsiyə edir. Bu, həm sağlamlığı qorumağa kömək edir, həm də uzunömürlülük şansını dəfələrlə artırır.
Müəllif: Adəm
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































