Hadisə
Şamaxıda ev yandı, Ağsuda aptek
Gecə və səhər saatlarında bir sıra rayonlarda yanğın
hadisələri qeydə alınıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına
istinadla məlumatına görə, Ağsu şəhərində vətəndaşa məxsus ümumi
sahəsi 30 kv.m olan aptekdə soyuducu, 1 ədəd plastik qapı və 1 kv.m
sahədə dərman preparatları yanıb. Aptekin qalan hissəsi yanğından
mühafizə olunub.
Digər yanğın hadisəsi isə Şamaxı rayonunda baş verib. Rayonun
Mədrəsə kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus
ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində
döşəməsi 4 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin
qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
-
Hadisə08:43Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
-
Magazin200:45Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi
-
Magazin213 Sentyabr 21:45"Kurtlar Vadisi"nin ssenaristləri polisə çağırıldı
-
ABŞ13 Sentyabr 20:32Tramp İran neftinə əl qoymaqdan danışdı: Venesuela kimi...


















.jpg)








.webp)









