Dünya
Qədim Mars və sirli fəlakət: ABŞ məxfi proqramı Qırmızı planetdə nələr “aşkarlayıb”?
1984-cü ildə Amerikanın məxfi proqramının iştirakçılarından biri sınaq zamanı Marsı təxminən bir milyon il əvvəl necə ola biləcəyini “gördüyünü” bildirib. Onun təsvirində hündürboylu arıq varlıqlar, qeyri-adi tikililər və məhv olmaq təhlükəsi qarşısında qalmış sivilizasiya yer alıb. Onilliklər sonra digər insanlar da buna bənzər görüntülər gördüklərini danışıblar.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Sınaq Amerika xüsusi xidmət orqanlarının “uzaqdan qavrama” adlanan fenomeni öyrənmək üçün istifadə etdiyi Stargate proqramı çərçivəsində keçirilib. Söhbət adi hiss orqanlarının köməyi olmadan uzaqdakı obyektlər və ya məkanlar haqqında məlumat əldə etmək kimi ehtimal edilən qabiliyyətdən gedir.
Sınağın iştirakçısı, sonradan uzaqdan qavrama sahəsində ən tanınmış mütəxəssislərdən biri kimi tanınan Co Makmoniqlidən təxminən eramızdan əvvəl bir milyon il əvvəlki Marsı zehni şəkildə araşdırmaq istənilib. Məxfiliyi aradan qaldırılmış hesabatda deyilir ki, ona planetin Kidoniya bölgəsinə uyğun gələn səth koordinatları göstərilib.
Makmoniqli piramidayabənzər tikililəri, dərələri və digər obyektləri təsvir edib. Daha sonra, onun sözlərinə görə, o, yox olmuş sivilizasiyanın izlərini və artıq həmin məkanı tərk etmiş insanların “kölgələri” kimi xarakterizə etdiyi hündürboylu arıq varlıqları görüb.
Daha sonra Bredi adı ilə təqdim olunan bir kişi “Daily Mail”ə öz təcrübəsindən danışıb. Onun sözlərinə görə, bu təcrübə astral proyeksiya praktikası ilə bağlı olub. O iddia edib ki, dəfələrlə zehni şəkildə Marsa “getməyə” çalışıb və bir dəfə orada çiçəklənən bir şəhər görüb.
Onun təsvirinə görə, şəhər müasir Dubayı xatırladırdı, sakinləri isə hündürboylu, arıq və solğun mavi-ağ dərili idilər. Daha sonra, Bredinin iddiasına görə, sakinlər göydə iri səma cismi gördükdən sonra qəflətən təşvişə düşüblər. Bundan sonra planetin səthi silkələnib, üfüqdən isə qarşısına çıxan hər şeyi məhv edən nəhəng dalğa peyda olub.
Bənzər iddiaları daha əvvəl Marsın uzaqdan qavranılması ilə bağlı öz təcrübələrini kitablarında təsvir edən Kortni Braun da irəli sürüb. Onun sözlərinə görə, qədim Mars sivilizasiyası bir çox nümayəndəsinin həlak olduğu fəlakətdən sağ çıxıb, bəziləri isə ola bilsin ki, planeti tərk edib.
Bu hekayə ilk növbədə Stargate proqramının məxfiliyi aradan qaldırılmış materialları sayəsində məşhurlaşıb. Bununla yanaşı, sənədlərin özündə yalnız sınaq iştirakçılarının seanslar zamanı bildirdikləri qeydə alınıb və onların təsvir etdiyi hadisələrin həqiqiliyini təsdiqləmir.
Marsla bağlı müasir elmi araşdırmalar planetdə keçmişdə ağıllı sivilizasiyanın mövcud olduğuna dair heç bir dəlil aşkar etməyib. Buna görə də qədim şəhərlər, yadplanetlilər və planetar fəlakət haqqında hekayələr Qırmızı planetin keçmişi ilə bağlı təsdiqlənmiş fakt deyil, parapsixoloji təcrübələr tarixinin və kütləvi mədəniyyətin bir hissəsi olaraq qalır.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Nəqliyyat08:36Paytaxta giriş-çıxış müşkülə çevrildi - SİYAHI
-
Hadisə08:12Bakıda 10 otaqlı yaşayış evində yanğın baş verdi - VİDEO
-
Dünya08:00Yer kürəsinin forması tədricən dəyişir
-
İKT07:47“Yandeks” böyük “suveren” süni intellekt hazırladı
-
Ekologiya07:17Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü






.jpg)






.jpg)


















.jpg)

