İdman
Bu ölkə İsraillə oynamaq istəmir: UEFA-dan cavab gəldi
İrlandiya Futbol Assosiasiyasının (FAI) baş icraçı direktoru Devid Kerrell bildirib ki, UEFA təşkilatın qarşıdan gələn püşkatmada İrlandiya və İsrail komandalarını ayırmaq tələbini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmi şəxsin sözlərinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İrlandiya assosiasiyasının tələbini rədd edərək, bunun üçün heç bir əsas olmadığını iddia edib. İrlandiya və İsrail hərbi münaqişə vəziyyətində deyil və UEFA ictimai rəyi milli komandaları ayırmaq üçün səbəb hesab etmir:
“Cavab olduqca aydın idi. Bunun üçün rəsmi bir termin var, dəqiq nə adlandırıldığını xatırlamıram. Əslində bu, ictimai rəyə deyil, münaqişələrə, birbaşa münaqişələrə əsaslanır.
Aldığım cavab çox aydın idi. Bu, mümkün olmazdı, çünki İrlandiya və İsrail heç vaxt birbaşa münaqişədə olmayıblar. Mən bu cavabı üzdən qəbul etdim”.
Kurell xatırladıb ki, İrlandiya Futbol Assosiasiyası Avropanın ali futbol qurumuna İsrail nümayəndələrinin bütün beynəlxalq yarışlardan kənarlaşdırılması üçün rəsmi olaraq müraciət edən yeganə UEFA üzvüdür:
“Kaş ki, özümüzü bu vəziyyətdə tapmasaydıq. Biz açıq və rəsmi şəkildə İsrailin beynəlxalq futboldan kənarlaşdırılmasına çağırdıq. Biz UEFA-da bunu rəsmi olaraq tələb edən yeganə federasiya idik.
Amma bu, hələ institusional səviyyədə baş verməmişdi. Buna görə də, qərar FAI-yə verildi və biz oyunçulara dəstəyimizi və müdafiəmizi təmin etmək istədik, çünki bu qərar FAI idarə heyəti tərəfindən verilib”.
“Yaşıl ordu”nun Millətlər Liqasının B Divizion matçlarında “mavi-ağlar”la iki dəfə qarşılaşması planlaşdırılır – 27 sentyabrda səfərdə və 4 oktyabrda ev oyunu.
İrlandiya geniş etirazlar səbəbindən ev oyunu üçün Serbiyanın Backa Topola şəhərini seçib. Oyun qapalı qapılar arxasında keçiriləcək.
Eyni zamanda, irlandiyalı azarkeşlər Macarıstanın Debretsen şəhərində keçiriləcək İsrail komandası ilə səfər oyununa bilet ala bilməyəcəklər.
İrlandiyada dünən “Fələstin üçün İdman” təşəbbüsü başlanılıb. Onun məqsədi Fələstinlə həmrəylik nümayiş etdirmək və İsrailin beynəlxalq arenadan çıxarılmasına təkan verməkdir.
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı


















.jpg)















.jpg)

