İdman
Naxçıvanda beynəlxalq turnirin açılış mərasimi keçirildi
Naxçıvan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnirə start verilib.
Publika.az xəbər verir ki, turnirin təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin Baş katibi Əjdər Cəfərov Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
Daha sonra turnirin rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov dövlət başçısı, Azərbaycan MOK-un prezidenti İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısından danışıb. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir.
AGF-nin baş katibi cənab Əjdər Cəfərov Naxçıvan torpağındakı yarış iştirakçılarını salamlayıb. O ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin müavini,
Naxçıvan Güləş Federasiyasının prezidenti Azər Zeynalov ölkəmizdə
bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur
layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam
etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə
arzulayan A.Zeynalov yarışı açıq elan edib.
Açılış mərasimi bədii hissə ilə davam edib. Xalq artisti Aygün
Kazımova və müğənni Elçin Cəfərovun ifaları arenaya toplaşan
tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO