İdman
Çempionlar Liqasıda gərgin mübarizələr - “Qarabağ” “Seltik"ə qarşı
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları başa çatacaq.
Publika.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxacaq.
Təmsilçimiz Avropa nəhənglərindən olan Şotlandiyanın “Seltik”
klubu ilə üz-üzə gələcək. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46
dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı
çətin oyun gözləyir.
“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən
ilk komanda olacaq. Ağdam təmsilçisi Şotlandiya səfərindən sərfəli
nəticə ilə qayıtmalıdır ki, Bakıda keçiriləcək cavab matçında
mərhələ adlamaq şanslarını saxlasın.
Maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.
29 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ"
(Azərbaycan)
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Qlazqo. “Seltik Park” stadionu
21:00. HİK (Finlandiya) - "Astana" (Qazaxıstan)
22:00. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)
23:30. "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya)
23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan)
23:45. "Lex" (Polşa) - "Bazel" (İsveçrə)
00:05. "Rapid" (Avstriya) - "Ayaks" (Hollandiya)
Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsinə dünən start verilib. Günün ilk qarşılaşması Moskvada keçirilib. Yerli ÇSKA Çexiya "Sparta"sını qəbul edib. Qarşılaşmada iki dəfə önə keçən "hərbçilər" sonda qələbəni əldən verib - 2:2.
Dünən günün ən maraqlı oyunlarından biri də İstanbulda baş tutub. UEFA-nın cəzasına görə iki il avrokuboklardan kənarda qalan "Fənərbaxça" bu həsrətə Ukrayna "Şaxtyor"uyla oyunda son qoyub. Ukraynalılar Türkiyə klubunun avrokuboklara dönüşünü qələbəylə qeyd etməsinə imkan verməyiblər - 0:0.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
28 iyul
ÇSKA (Moskva, Rusiya) - Sparta (Praqa, Çexiya)
2:2
Qol: Dzaqoyev, 14. Toşiç, 53 - Fatai, 15. Kreyçi,
57.
Milsami (Moldova) - Skenderbeu (Albaniya)
0:2
Qol: Salihi, 49; 73-p.
Midtyulland (Danimarka) - APOEL (Kipr) 1:2
Qol: Poulsen, 88 - De Vinsenti, 30; 33.
Makkabi (Təl-Əviv, İsrail) - Viktoriya (Plzen, Çexiya)
1:2
Qol: İtzaki, 79 - Mahmutoviç, 17. Petrjela,
21.
Panatinaikos (Yunanıstan) - Brügge (Belçika)
2:1
Qol: Markus Berq, 37. Nikos Karelis, 65-p -
Mbombo, 10.
Fənərbaxça (Türkiyə) - Şaxtyor (Ukrayna) 0:0
Yanq Boys (İsveçrə) - Monako (Fransa) 1:3
Qol: Rafael Nuzzolo, 74 - Layvin Kurzava, 64.
Quido Karrilo, 73. Mario Pasaliç, 75.
Videoton (Macarıstan) - BATE (Belarus) 1:1
Qol: Paulo Vinikius, 88 - Milunoviç, 56.
Dinamo (Zaqreb, Xorvatiya) - Molde (Norveç)
1:1
Qol: Enrike, 18 - Kamara, 21.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var