İdman
"Qəbələ" AZAL-la oyuna Bakıda hazırlaşır
Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir.
Publika.az xəbər verir ki, avqustun 10-da Qəbələdə keçirilən “Qarabağ”la 1-ci turun ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “Qırmızı-qaralar” iki gündü Bakıda hazırlıq keçir.
Baş məşqçi Roman Qriqorçuk qarşılaşmanın ertəsi günü yalnız ilk turda meydana çıxanlara istirahət verib. Dünəndən paytaxtda keçirilən məşqlərdə isə komandamız tam heyətlə məşq keçib. “Qəbələ” əsasən toplu çalışmalardan ibarət olan məşqlərini ADBTİA stadionunda gerçəkləşdirir. Bu günki hazırlığın qarşılaşmanın keçiriləcəyi stadionda baş tutması planlaşdırılıb.
Avqustun 15-də “AZAL Arena”da keçirilməli olan oyunun yeri də dəyişdirilib. Belə ki, “Qəbələ”nin AZAL-la səfər oyunu “Dalğa Arena”da baş tutacaq. Qarşılaşma saat 21.00-da başlayacaq.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan