İdman
Dünya çempionatı start götürdü
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.
Publika.az xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışacaq. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.
İlk yarış günündə 50, 54, 58, 63 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.
50 kq
1/16 final - Xancavad Məcidzadə - Maniş Maniş (İND)
54 kq
1/16 final - Elvin Mustafayev - Adam Katona (SRB)
58 kq
1/16 final - Sanfilippo İqnazio (İTA) - Məmmədəli Həsənov
63 kq
1/16 final - Titas Kersevicius (LTU) - Ramin Cəfərov
100 kq
1/8 final - Camal Feyziyev - Lenard İstvan Berei (ROU)
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Xatırladaq ki, 4-9 avqust tarixlərində Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərimiz 1 qızıl (Camal Feyziyev (100kq)) və 2 bürünc (Zaur Nuriyev (46 kq) və Ülvi Qənizadə (69 kq)) medal qazanaraq komanda hesabında 4-cü sırada qərarlaşmışdı.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!