İdman
Olimpiya Komitəsi Azərbaycanın səsinə səs verdi
Yeniyetmələrin 3-cü yay olimpiya oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalardan gələn təklifə əsasən yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayını artırmaq barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev bir müddət öncə qurumun iclasında yeniyetmələrin yay olimpiya oyunlarında güləş idmanı üzrə iştirakçıların sayının artırılması barədə təkliflə çıxış edib.
Bu təklif İdarə Heyəti üzvləri və DGB prezidenti Nenad Laloviç tərəfindən də müsbət qarşılanıb və BOK rəhbərliyi qarşısında bu məsələni qaldırmaq barədə razılıq əldə edilib.
Beləliklə, bir neçə gün öncə keçirilmiş BOK İdarə Heyətinin növbəti iclasında bu məsələ müzakirə edilib və öz məntiqi həllini tapıb. Belə ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək Yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında güləş yarışlarında çəki dərəcələri hər bir növdə 6 çəki olmaqla, 18-ə çatdırılıb. Buna qədər bu say 14 idi. 5 çəkidə sərbəst, 5 çəkidə yunan-roma, 4 çəki dərəcəsində isə qadın güləşi üzrə yarışlar keçirilirdi.
Bu qərarın qəbulundan sonra Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasına məktub ünvanlayaraq AGF 1-ci vitse-prezidenti, DGB İdarə Heyətinin üzvü Namiq Əliyevi təbrik edib, dünyada güləşin davamlı inkişafı üçün verdiyi təklifə və birgə əməkdaşlığa görə təşəkkür edib.
Yeniyetmələrin yay olimpiya oyunlarının güləş yarışlarında çəki dərəcələrinin sayının artırılmasına münasibət bildirən AGF 1-ci vitse-prezidenti Namiq Əliyev artıq bir neçə ildi ki, bu məsələnin müzakirə edildiyini deyib.
"Biz neçə il idi ki, bu təklifi vermişdik və müzakirələr gedirdi. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təklifimiz müsbət dəyərləndirildi və yeniyetmələrin yay olimpiya oyunlarında çəki dərəcələri artırıldı. Bu, Azərbaycan üçün çox yaxşıdı. Bundan sonra daha çox medal qazanmaq imkanımız olacaq".
Xatırladaq ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Nanjinqdə keçirilən yeniyetmələrin yay olimpiya oyunlarında hər bir ölkə güləş yarışlarında maksimum 5 idmançı ilə (2 sərbəst, 2 yunan-roma, 1 qadın) təmsil oluna bilirdi. Güləşçilərimiz maksimum sayda lisenziya əldə edərək yeniyetmələrin həm birinci, həm də ikinci yay olimpiya oyunlarında tam heyətlə iştirak edib, Sinqapurda 4 qızıl və 1 gümüş, Nanjinqdə isə 3 qızıl və 2 gümüş medal qazanıb.
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər