“Qarabağ”ın “qənimi” Ermənistanın oyununda
Bizi izləyin

İdman

“Qarabağ”ın “qənimi” Ermənistanın oyununda

Ötən il Avropa Liqasının qrup mərhələsinin “İnter”lə son oyununda “Qarabağ”ın pley-offa yolunu kəsən çexiyalı referi Miroslav Zelinkaya yeni təyinat verilib.

Publika.az xəbər verir ki, “mərdiməzar” referi AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək Serbiya - Ermənistan oyununu idarə edəcək. Qarşılaşma Novi Sad şəhərində yerləşən "Karadorde" stadionunda keçiriləcək.

Qeyd edək ki, 2014-cü il dekabrın 11-də Avropa Liqasının qrup mərhələsində keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda özündən “ofsayd” qərarı uyduraraq, qolu hesaba almamışdı. Onun səhvi üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm