İdman
Dünya çempionatı başlayır
Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.
Publika.az xəbər verir ki, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.
İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri artıq məlumdur.
66 kq
1/32 final - Artyom Surkov (RUS) - Həsən Əliyev
75 kq
1/32 final - Elvin Mürsəliyev - Juan Angel Escobar (MEX)
98 kq
1/32 final - Orxan Nuriyev - Laokvatis Kessidis (GRE)
İlk görüşləri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Final qarşılaşmaları isə, Bakı vaxtı ilə 8 sentyabr saat 06:30-da start götürəcək və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."